Bu gün Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi müzakirə olunub. SİA-nın məlumatına görə, bu dəfəki iclasda 6 komitə (Hüquq siyasəti və Dövlət quruculuğu, İnsan hüquqları, Region məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və Parlamentlərarası Əlaqələr komitəsi) birlikdə gələn ilin büdcəsini müzakirə ediblər.
İclasda çıxış edən Elm və Təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, 2014-cü ilin dövlət büdcəsini fərqləndirən əsas cəhət növbəti il üçün verilən proqnozlardır: "Bu proqnozlar göstərir ki, ölkə 2020-ci ilədək qarşıya qoyduğu hədəflərə nail olacaq. Dünyada davam edən böhran nəticəsində Azərbaycanda gedən makroiqtoisadi göstəricilər normaldır. Bu makroiqtisadi göstəricilər ölkənin potensial iqtisadiyyatının inkişafına və gözlənilən böhranlardan qorunmağa imkan verir. Bununla da 2020-ci il stragetiyasına çatmaq üçün bütün hədəflər burada öz əksini tapıb. Bütün bunlara nail olmağın yolları büdcə paketində öz əksini tapıb. Builki büdcəni əsas fərqləndirən cəhətlərdən biri büdcənin formalaşdırılmasında neft və qeyri-neft sektorunun nisbət dəyişməsidir. Belə ki, büdcə formalaşmasında qeyri-neft sektoruna üstünlük verilib. Yaxın gələcəkdə qeyri-neft sektorunun yükü aratacaq. Aparılan proqnozlara baxsaq, 2017-ci ildə dövlət büdcəsinin formalaşmasında neft sektorunun payı 27 faiz olacaq. Bu gün neftin ÜDM-də xüsusi çəkisi 41 faiz təşkil edir. 2017-ci ildə bu rəqəm 27 faiz təşkil edəcək. Bu bir daha göstərir ki, qeyri-neft sektoru Azərbaycanda artıq oturuşmuş bir sistemdir və bunun nəticəsində büdcə gəlirləri artacaq".
O həmçinin qeyd edib ki, cari il üçün dövlət büdcəsindən ayrılan təhsil xərcləri 12 faiz olub: "Təhsil xərcləri gələn il üçün dövlət büdcəsində 15 faiz artacaq. Bununla yanaşı, gələn ilin büdcəsindən səhiyyəyə 14 faiz, elm sahəsinə isə 15 faiz artıq vəsait ayrılacaq. Mədəniyyət də bu civarda olacaq. Sosial sahələrə ayrılan vəsaitələrin həcmi ÜDM, həm də büdcə xərclərində çəkisi ilbəil artacaq. Təhsildə islahatların və effektivliyin artırılması məqsədilə bir sıra layihələr həyata keçirilir. Bunun üçün kifayət qədər vəsait ayrılıb. Belə ki, növbəti ilin büdcəsində təhsil üçün 1 milyard 653 milyon manat ayrılacağı gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB