Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Qala Dövlət Tarixi-Etnoqrafiya Qoruğu"na Bakı şəhərində yerləşən müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrinin (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Asiya Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Maliyyə İqtisad Kolleci, Müəllimlər İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası və s) "Tariximizi tanıyaq və tanıtdıraq" devizi altında ekskursiyası təşkil edilib. SİA-nın məlumatına görə, ekskursiya zamanı bələdçi Azərbaycanın tarixindən, Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri haqqında çox geniş məlumat verib və gəncləri maraqlandıran sualları cavablandırıb.
Ekskursiyanın keçirilməsinin əsas məqsədi istedadlı və yaradıcı gənclərin asudə vaxtlarının səmərəli təşkili, tarixi-bədii qoruqlarımızın gənclərə tanıdılması, gənclərə dövlət qayğısının artırılmasından ibarət idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB