Ukrayna – Azərbaycan gənclər forumu keçirilir

Ukrayna – Azərbaycan gənclər forumu keçirilir

Ukraynanın Vinnitsa şəhərində "Sərhədsiz gənclik: Mədəniyyətlərarası dialoq" Ukrayna – Azərbaycan gənclər forumu keçirilir. SİA-nın məlumatına görə, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə forumda İctimai Birliklər, Tələbə Gənclər Təşkilatları, Qeyri-Hökumət Təşkilatları, istedadlı gənclər, milli rəqs qrupları və ölkəmizin milli adət ənənələrini nümayiş etdirəcək müxtəlif sahələrdən nümayəndələr iştirak edirlər.

Geniş nümayəndə heyətinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov rəhbərlik edir. Forum çərçıvəsində gənclər siyasətinin aktual suallarının müzakirəsi, gənclər sahəsində ortaq layihələrin reallaşdırılması, ölkələrin tarixi və mədəniyyəti, milli adət ənənələri ilə tanışlıq və ekskursiyaların təşkili nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə