Rusiyada 14 yaşlı azərbaycanlı əlil oğlanı Kazımov Rövşən Müzəffər oğlunun xüsusi amansızlıqla döyülməsi ilə bağlı şübhəli bilinən Mixail Valeriyeviç Lısakov (1993-ci il təvəllüdlü) saxlanılıb.
Bu barədə SİA Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən məlumat verir.
Məlumatda qeyd olunub ki, səfirlik Zelenoqrad şəhərində 2013-ci il noyabrın 1-də xüsusi amansızlıqla döyməklə bağlı işin istintaqının gedişatını nəzarətdə saxlayır.
Rövşən Kazımovun istintaq zamanı və işin baxılması üçün məhkəmə instansiyalarında hüquqlarının müdafiəsi üçün səfirlik tərəfindən vəkil tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB