Noyabrın 5-8-də Bratislavada Şərq Tərəfdaşlığı dövlətləri üçün "Penitensiar sistemdə islahatlar" adlı çoxtərəfli layihə çərçivəsindəı iclas keçirilir. SİA-nın məlumatına görə, tədbirdə əsas məqsəd ŞT ölkələrində penitensiar sistemin hazırki vəziyyəti ilə tanışlıq, ŞT ölkələrinin müvafiq qanunvericiliklərinin Avropa standartlarına uyğunluğunun yoxlanılması,əmək vasitəçiliyi üzrə penitensiar islahatlar və məhbusların cəmiyyətə yenidən qaytarılmasında QHT-lərlə effektiv əməkdaşlıq sahəsində Slovakiyanın müsbət təcrübəsi barədə məlumat verməkdən ibarətdir. Tədbirdə Azərbaycan nümayəndə heyətini 3 nəfər rəsmi nümayəndə (Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Baş Prokurorluğun nümayəndələri) və vətəndaş cəmiyyəti təmsilçiləri Milli QHT Forumunun prezidenti Rauf Zeyni və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev təmsil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB