Açıq ürək əməliyyatı keçirilib FOTO

Açıq ürək əməliyyatı keçirilib FOTO

Mərkəzi Klinikanın Gəncə Xəstəxanasında bu gün açıq ürək əməliyyatı həyata keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, əməliyyat xəstəxananın baş həkimi, ürək-damar cərrahı Kamran Musayevin başçılıq etdiyi briqada tərəfindən yerinə yetirilib. Xəstəxanada ötən gün daha bir xəstə üzərində açıq ürək əməliyyatı uğurla həyata keçirilib.

Qeyd edək ki, Mərkəzi Klinikanın Gəncə Xəstəxanası ürək-damar cərrahiyyəsi və invaziv kardiologiya şöbələrində gün ərzində 20 koronar angioqrafiya, 4 açıq ürək əməliyyatı aparılması mümkündür. Bu şöbələr 24 saat dayanmadan fəaliyyət göstərir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə