Noyabrın 9-da Bakıda "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə gənclər üçün Workshop öz işinə başlayır. Workshop Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilir. SİA-nın məlumatına görə, 3 gün ərzində davam edən Workshop müddətində gənclərə intelektual mədəniyyət, bilik menecmenti, idarəetmə mədəniyyəti, intelektual kapital, sosial-mədəni inkişaf siyasəti, biliklərə əsaslanan iqtisadiyyat, intelektual inkişaf məsələləri üzrə beynəlxalq təcrübə problemləri üzrə peşəkar biliklər veriləcək, gələcəyin inkişaf ssenarilərininin yaradılması üçün video-prezentasiyalar, simulyasiya oyunları, master-klasslar və işgüzar oyunlar həyata keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə oktyabr ayında start verilən İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə gənclər üçün Workshop layihəsi çərçivəsində artıq "Kulturoloji layihələrin idarəolunması", "Kulturologiya və milli inkişaf" mövzularında seminar-treninqlər keçirilib, gənc yazarların özünüifadəsi üçün Kulturoloji daycestlər nəşr olunub.
Uğurla davam edən Layihə dekabr ayında başa çatacaq. Dekabr ayında təşkil olunacaq yekun hesabat-konfransında isə "Akkulturasiya" kitabının təqdimatı da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB