Sabah hava çiskin olacaq

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi əsəcək". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, noyabrın 6-da paytaxtda və yarımadada havanın temperaturu gecə 11-14, gündüz 18-23 dərəcə isti olacaq.

Məlumata əsasən, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı proqnozlaşdırılır: "Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 12-17 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə