"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Avropa Parlamentində akkreditasiyadan keçib. Bu barədə SİA-ya təşkilatın mətbuat xidmətindən məlumat verilib. Bununla da təşkilat bir il müddətində Avropa Parlamentinin təşkil edəcəyi tədbirlərdə və plenar iclaslarında iştirak etmək hüququ əldə edib.
"Böyük İpək Yolu" BGT qarşıdakı illərdə belə bir mötəbər qurumla əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu qeyd edib.
Qeyd edək ki, təşkilat 2012-ci ildə tarixi ipək yolu üzərində yerləşən 25 ölkənin gəncləri tərəfindən Bakıda təsis olunub.
Şahin Abasov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB