Məhərrəm ayı başlandı

Bu gün hicri qəməri 1435-ci ilin yeni ilin ilk günü, 4 haram aylardan biri olan Məhərrəm ayı başlayıb. SİA-nın məlumatına görə, Məhərrəm ayı İslam qəməri ilinin birinci ayı və Qurani-Kərimdə qiymət verilən 4 aydan biridir. Məhərrəm ayının birinci gecəsi müsəlmanların qəməri yeni il gecəsidir. Birinci günü də Müsəlmanların qəməri ilinin ilk günüdür. Hicri qəməri təqvimində Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdiyi il – başlanğıc ili qəbul edilir.

Məhərrəm ayını fərqləndirən daha bir böyük hadisə Kərbəla hadisəsinin baş verməsi və İmam Hüseynin (ə) şəhid olmasıdır. Bu faciə həm də ona görə dəhşətlidir ki, Peyğəmbər (s) bunu əvvəlcədən bilib. Bu xəbər Peyğəmbərə Cəbrayil (ə) tərəfindən bildirilib.

Tarixə nəzər salsaq, görərik ki, əgər İmam Hüseynin (ə) qiyamı olmasaydı, əsl İslam dinindən əsər-əlamət qalmazdı. İndi əsl İslamın olması İmam Hüseynin (ə) axıdılan qanı sayəsində mövcuddur.

Bütün xəbərlər Facebook səhifəmizdə