"Qara siyahıya düşən nəşrlərin arasında elələri var ki, biz heç onların adlarını belə tanımırıq". SİA-nın məlumatına görə, bu sözləri KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bu gün yerli icra orqanları ilə KİV arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı keçirilən konfransda deyib.
O bildirib ki, həmin siyahıya düşən nəşrlər KİVDF tərəfindən həyata keçirilən layihələrdə iştirak edə bilmirlər. Onun sözlərinə görə, qurum bu yolla reket jurnalistikası ilə mübarizə etməyə çalışır: "Reket jurnalistikası ilə həm biz, həm də ictimaiyyət də mübarizə aparmalıdır. Məlumdur ki, həmin nərşlər müəyyən sifarişlər əsasında çalışır, şantajlar edirlər. Lakin bu da bir keçid dövrüdür, bunu keçməliyik".
Reket Junalistikası ilə Mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə də məsələ ilə bağlı fikirlərini bildirib. O deyib ki, ölkəmizdə reket jurnalistikasının qarşısı alınması istiqamətində bağlı mühüm işlər görülür: "Azərbaycanda 5000 həm yazılı, həm də elektron mətbuat qeydiyyatdan keçib. Bu rəqəm ölkəmiz üçün böyük rəqəmdir. Çox təəssüf ki, ölkəmizdə reketçiliklə məşğul olanlar nəşrlər də var. Ötən həftə daha iki nəşr qara siyahıya salınıb. Lakin fəaliyəti ilə siyahıdan çıxarılan nəşrlər var ki, mətbuatın 135 illik fəaliyyəti ilə bağlı 27, sonrakı illərdə isə daha 14 nəşr qara siyahıdan çıxarılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB