Yerli icra orqanları KİV arasında əməkdaşlıq genişləndirilir TƏDBİR
Bu gün Binəqədi rayonu İcra Hakimiyyətində Kütləvi İnformasiyalara Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) "Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın davam etdirilməsi" mövzusunda konfrans keçirib. SİA-nın məlumatına görə, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, KİVDF-nun icracı direktoru Vüqar Səfərli, Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər media kapitanları iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xaləddin İsgəndərov qonaqları salamlayaraq bildirib ki, bu cür görüşlər mühüm əhəmiyyətə malikdir.
Daha sonra çıxış edən Vüqar Səfərli bildirib ki, belə görüşlər artıq ənənəvi olaraq keçirilir. Onun sözlərinə görə belə göşlərin keçirilməsində əsas məqsəd rayonlarda olan media ilə məsələləri müzakirə etmək və media ilə əlaqələri daha da genişləndirməkdir.
Tədbirin davamında medianın inkişafından danışan Əflatun Amaşov bildirib ki, Binəqədi rayonunda görülən işləri Azadlıq prospektinə getməklə müəyyən etmək olur: "Tədbir təqdirəlayiq tədbirdir. Bu cür tədbirlər KİV-lərin rayonlarda görülən quruculuq işləri haqqında məlumatlanmasında mühüm rola malikdir. Əksər KİV-lərdə rayonların quruculuq işləri ilə bağlı materiallar dərc olunur. Burada KİVDF-nin arı-ayrı rayonlarda keçirdiyi bu kimi tədbirlərin rolu xüsusidir".
Tədbir davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB