Ekologiya və Təbii Sərvətlər Naziri Gəncə sakinlərini qəbul edəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Hüseyn Bağırov cari ilin 15 noyabr tarixində saat 10:00-da Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında (ünvan: Gəncə şəhəri Atatürk prospekti 262) Gəncə şəhərində, həmçinin Göygöl, Samux, Goranboy, Qazax, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Naftalan və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 050 313 57 44; 051 926 41 13; 022 253 04 48) xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB