İşgüzar və sosial fəallığınızı artırın Ulduzların işgüzar adamlara məsləhəti
QOÇLAR bu həftə tutduqlarını buraxmamalıdırlar. İşgüzar və sosial fəallığınızın yüksək olması işlərinizə kömək edəcəkdir. Bu günlər heç kəsin məsləhətinə qulaq asmayın. Öz bildiyiniz kimi hərəkət edin.
BUĞALAR bu həftə qərar qəbul etməyə tələsməməlidirlər. Hadisələrin inkişafı göstərir ki, böyük maliyyə itkiləri ola bilər. Ona görə də hansı addımınızın təhlükəli, hansı addımınızın isə əlverişli olduğunu müəyyənləşdirməlisiniz. Yalnız ölçülüb-biçilmiş qərarlar sayəsində qazanc əldə edə bilərsiniz.
ƏKİZLƏR başladıqları layihələri yarımçıq qoymamalıdırlar. Səbirsizliyiniz biznesinizə ziyan vurur. Yalnız ardıcıl və inadkar olmağınız arzuolunan nəticələrə gətirib çıxara bilər. Yaxşı olar, tələsməyəsiniz. Yoxsa bütün əmlakınızı itirə bilərsiniz.
XƏRÇƏNGLƏR, Allahın şükürlü bəndəsi olun. Deyingənlik və ovqatı-təlxlik biznesinizə kömək etməyəcək. Məsələnin xoşagəlməz tərəfi budur ki, belə vəziyyət uzun sürə bilər. Ona görə bütün şübhələrinizdən qurtulub qətiyyətlə hərəkət etməlisiniz.
ŞİRLƏRİN işlərinin ağırlığı onların biznesinə pis təsir göstərir. İstirahətə ehtiyacınız var. Sizə kiçik məzuniyyət götürüb hər hansı bir ölkəyə səyahət etməyi məsləhət görürük. Əgər bu cür dincəlmək alınmırsa, heç olmazsa bir günü özünüzə həsr etməlisiniz.
QIZLAR bu həftə yalnız və yalnız özlərinə güvənməlidirlər. Rəqiblər qəfil zərbə hazırlayırlar. Onların addımları biznesinizi sıradan çıxara bilər. Ona görə də planlarınızı gizli saxlayıb müstəqil hərəkət etməlisiniz. Yalnız bu halda uğur qazana bilərsiniz.
TƏRƏZİLƏR bu həftə maliyyə işlərini əsaslı şəkildə təftiş etməlidirlər. Daşınmaz əmlakla bağlı işlərinizə də diqqət yetirməlisiniz. Saturnun təsiri düzgün istiqamət götürməyinizə, Plutonun təsiri isə gizli imkanlarınızı üzə çıxarmağınıza şərait yaradacaqdır.
ƏQRƏBLƏR səma cisimlərinin təsiri sayəsində, nəhayət, UĞURUN quyruğundan yapışa biləcəklər. Uzunmüddətli səylərinizin bəhrələri ulduz yağışına oxşayacaqdır. İşgüzar duyumunuz olmasa, bütün səyləriniz hədər gedəcəkdir.
OXATANLAR bu günün işini sabaha qoymamalıdırlar. Yoxsa qayğı və problemləriniz yağışdan sonra göbələk kimi artacaq və sonunda bütün gücünüzü tükəndirəcəkdir. Odur ki, nə kənar işlərə görə diqqətinizi yayındırın, nə də mükəmməl olmağa çalışın.
Bu həftə OĞLAQLARI maraqlı əlaqələr, yeni insanlarla görüşlər gözləyir. Yeni tanışlar biznesinizə kömək edə bilərlər. Cəmiyyət arasında fəallığınız gündəlik işlərinizi axsada bilər. Bunun üçün həmkarlarınızın köməyindən istifadə edin. Bütün işləri özünüz başa çatdıra bilməzsiniz. Yanınızda köməkçiniz olmalıdır. Əl əli yuyar əl də üzü. Vaxt gələr, siz onun xəcalətindən çıxarsınız.
Yupiter və Ayın təsiri DOLÇALARA nikbinlik bəxş edəcəkdir. Bu həftə hansı problemlərin sizin üçün daha vacib olduğunu ayırd edəcəksiniz. Ola bilsin, qarşınızda karyera yüksəlişi üçün gözəl imkanlar açılacaqdır.
BALIQLAR Neptunun təsiri altında olacaqlar. İnsanları inandırmaq üçün lazımlı sözlər tapacaqsınız. Ola bilsin, səfərə çıxacaqsınız. Peşəkarlığınızı daim artırmalısınız.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB