OĞLAQLAR yeni işə başlamamışdan əvvəl yaxşı-yaxşı düşünməlidirlər. Ola bilsin, nəsə gözdən qaçırmısınız. İndi əsas məsələ səhvə yol verməməkdir. Tələskənlik və hər şeyi taleyin gedişatına buraxmaq bütün planlarınızı poza bilər. Yaxşı olar, etibar etdiyiniz adamlarla məsləhətləşəsiniz.
DOLÇALAR güc və enerjilərinin artdığını hiss edəcəklər. Siz bütün problemlərinizi bir dəfəyə həll etmək əzmindəsiniz. Məsələləri səliqə ilə, mərhələ-mərhələ həll etməlisiniz. Yoxsa başınızı itirəcəksiniz. İşlərinizi həftəarası çatdırmasanız da, istirahət günlərini yalnız ailənizə həsr etməlisiniz.
Bu həftə BALIQLARIN ovqatı xoş olacaqdır. Bu günlər çox səmərəli işləmisiniz. İndi isə zəhmətinizin bəhrəsini görürsünüz. Amma maliyyə işlərinizdə bir balaca dolaşıqlıq yaranacaq. Yaxşı olar, bədxərclik etməyəsiniz. Səxavət kisənizin ağzını açmaq üçün daha münasib vaxtınız olacaq.
QOÇLAR diqqətlərini yeni ideyalar üzərində cəmləşdirməlidir. İşə ciddi yanaşsanız, səbirli və diqqətli olsanız, böyük uğur qazanacaqsınız. Maddi durumunuz sabitdir. Buna baxmayaraq, qənaətcil olmalısınız. Yoxsa həftə sonu cibinizdə siçanlar oynayacaq.
BUĞALAR birdən-birə üzləşdikləri saysız-hesabsız problemləri həll etməyə tələsməməlidirlər. Bir çox problemləriniz qəflətən ortaya çıxdığı kimi qəflətən də öz-özünə həll olunacaqdır. Odur ki, gücünüzə heyfiniz gəlsin. İntuisiyanızı dinləyin. Ağlınıza bir-birindən gözəl ideyalar gələcək. Ən maraqlısı isə budur ki, siz həmin ideyaları tezliklə əsl sərvətə çevirəcəksiniz.
ƏKİZLƏR bu həftə əsas diqqətlərini professional sahəyə yönəltməlidirlər. İşləriniz sizdən gərgin zəhmət tələb edəcəkdir. Buna baxmayaraq, dəvətlərdən imtina etməməlisiniz. Siz nəinki vaxtınızı şən və səmərəli keçirəcəksiniz, həm də lazımlı adamlarla görüşəcəksiniz.
XƏRÇƏNGLƏR faydalı informasiya alacaqlar. Bu informasiyanın köməyi ilə istədiklərinə nail olacaqlar. Fəal olun, amma gücünüzü boş yerə sərf etməyin. Bütün enerjinizi işlərinizi başa çatdırmağa yönəldin. Yalnız bu işlərlə haqq-hesab çürütdükdən sonra ciddi bir layihəyə başlaya bilərsiniz.
ŞİRLƏR hər hansı uğura nail olmaq üçün gərgin işləməlidirlər. Bu bürcün nümayəndələri danışıqda son bəlağətli olacaqlar. Sizi insanların sizinlə bağlı fikirləri maraqlandırır. Uğur qazanmanız biliklərinizi təcrübədə düzgün tətbiq etmək bacarığınızdan asılı olacaqdır. Rəhbərlik məqsədə çatmağınıza kömək edəcəkdir.
QIZLAR bütün səylərini planlarını ilin axırına kimi başa çatdırmağa yönəltməlidirlər. Gücünüzü boş-boş məsələlərə sərf etməyin, doğru məcraya yönəldin. Onda müsbət nəticələrə nail olacaqsınız. Maliyyə durumunuz sabitdir və yaxşılığa doğru gedir. Bu həftə ya məvacibiniz artırılacaq, ya da maddi mükafat alacaqsınız.
TƏRƏZİLƏR boş yerə vurnuxub mümkünsüzü mümkün etməyə çalışmamalıdırlar. İşlərinizi sakit və planlı şəkildə yerinə yetirin, onda səyləriniz hədər getməyəcək. Bu həftə işlərinizi uğurla başa çatdırmaq üçün möhkəm zəmin hazırlayacaqsınız. Ailəniz və yaxın adamlarınız sizin tərəfinizdədir və cəsarətli planlarınızı həyata keçirməyinizə kömək etməyə hazırdırlar.
ƏQRƏBLƏR özlərini sadiq tərəfdaşlarla əhatə edəcəkdir. Onlar məqsədinizə çatmağınıza kömək edəcəklər. Cəsarətlə hər bir işi öhdənizə götürə bilərsiniz. Başlıca məsələ düzgün iş ritminə köklənməkdir. Onda bu həftə bütün məsələləri həll edə biləcəksiniz. Tərəfdaşlarla dil tapmalısınız. Bu əlaqələr gələcəkdə gərəyiniz olacaqdır.
OXATANLAR professional sahədə özlərini təsdiq edəcəklər. Köhnə layihələrinizi uğurla başa çatdıracaqsınız. Rəhbərliklə danışıqlar da uğurlu olacaqdır. Xırda çətinliklərə əhəmiyyət verməyin. Onlar yavaş-yavaş aradan qalxacaqdır. Ruhdan düşməyin. Özünüzə güvənin. Uğur sizin tərəfinizdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB