Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların təşviqi fondunun təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə Azərbaycan və Türkiyənin dövlət qurumlarının nümayəndələri ilə yanaşı, sahibkarlar da iştirak ediblər.
Forumda Azərbaycanda bir çox sahələrdə türk şirkətlərinin, eləcə də Türkiyədə Azərbaycan şirkətlərinin uğurlu fəaliyyətindən bəhs edilib. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə, Türkiyə birinci yerdə durur. Türkiyədən Azərbaycana da son on ildə xeyli miqdarda investisiya yönəldilib.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB