III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Göygöl rayonuna səfər ediblər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəllər 6 küçədən ibarət olan yaşayış məntəqəsində indi 50 mindən çox əhali yaşayır. Burada almanların 190 il əvvəl inşa etdiyi 6 küçə öz arxitekturasını qorumaqla əsaslı şəkildə təmir olunub. Qonaqlar 1857-ci ildə inşa olunan alman kilsəsində də olub. Sonra forum iştirakçıları Göygöl şərab zavodunda olub. Qeyd olunub ki, bu istehsal sahəsinin təməli 1860-cı ildə əslən alman olan Forer qardaşları tərəfindən qoyulub. İndi bu müəssisə Azərbaycanın ilk və ən böyük şərab istehsalçısıdır. Gəzinti rayonun digər yerlərində davam edib.
Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Qəbələ rayonunda da olublar. Qonaqlar rayonun tarixi, mədəniyyəti, iqtisadiyyatı, əhalinin məşğuliyyəti ilə tanış olublar. Forum iştirakçıları həmçinin Qəbələdən başqa Şəkiyə də səfər ediblər. Səfərin məqsədi rayonla tanışlıq xarakteri daşıyıb. Forum iştirakçılarına Şəkinin, eləcə də Xan Sarayının tarixi haqqında məlumat verilib. Qonaqlar həmçinin Yuxarı Karvansarayı, Şəki Cümə Məscidini və digər görməli yerləri ziyarət ediblər.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB