Bəzi şirkətlərin televiziya yayımları üçün lisenziyası uzadılıb

Bəzi şirkətlərin televiziya yayımları üçün lisenziyası uzadılıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) bəzi şirkətlərin televiziya yayımları üçün lisenziya müddətini uzadıb. Şuradan SİA-ya verilən məlumata görə, bu gün MTRŞ-nin növbəti iclası keçirilib. İclasda "Baku and Boston TV Communication" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional (Lənkəran şəhəri) televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb.

Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Baku and Boston TV Communication" MMC-nin, "SKAY MAKS" MMC-nin, "Azad Azərbaycan Müstəqil Tele-radio Kompaniyası"nın kabel şəbəkəsi yayımı üçün, "CTV" MMC-nin isə regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə