Şirvanda aksiya şişirdilmiş şəkildə təhrif olunub. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün bəzi internet saytlarında guya Şirvan şəhərində yerləşən Ticarət Mərkəzində sahibkarların "üsyana qalxması" barədə məlumatlar yayılıb. Əslində isə yayılan məlumatlar olduğu kimi deyil, təhrif olunmuş şəkildə verilib.
Ticarət Mərkəzinin müdiri Hacı Əvəzağa Həsənovun müxbirmizə verdiyi açıqlamaya görə, bazarda işləyən ticarətçilərə kimlərsə yalnış, təxribat xarakterli məlumat verib ki, guya qiymətlər artırılacaq: "Amma biz tərəfdən ticarətçilərə yer pulunun qaldırılması haqqında heç bir təklif və yaxud tələb edilməyib. Bəzi insanlar süni şəkildə bazarın fəailiyyətinə və imicinə xələl gətirmək istəyirlər. Bu gün səhər həmin ticarətçilərdən 10 nəfərini qəbul etdim və onlara yanlış məlumat verildiyini diqqətlərinə çatdırdım. Mərkəzdə hal-hazırda vəziyyət normaldır və hər kəs öz işi ilə məşquldur. Yayılan məlumatlar tam əsasızdır. Burada çalışan insanlar illərdir ki, bir ailə kimi, bir yerdə mehribanlıqla işləyir və ailəsinə çörək pulu qazanırlar. Kimlərsə buradakı ab-havanı korlamağa müvəffəq ola bilməyəcəklər".
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB