"Müəllimlərin dövlət qulluqçusu statusu alması məsələsinə baxıla bilər. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində özəl məktəblər də fəaliyyət göstərir və bu da mövcud məsələ ilə ziddiyyət təşkil edir. Bu baxımdan özəl məktəblərin müəllimlərinin dövlət məktəblərində işləyənlərdən nə fərqi var?!". SİA-nın məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, hazırda dövlət qulluqçularının sayı 30 min civarında olsa da, təhsil sahəsində 440 mindən artıq insan çalışır: "Odur ki, bu sahədə ciddi, düşünülmüş addımlar artırılmalıdır. Artıq Təhsil Nazirliyi islahatlara başlayıb və bunun nəticəsində müəllim-şagird sayı beynəlxalq standartlara uyğunlaşdırıla bilər. Bundan sonra müəllimlərin əmək haqqının artırılması məsələsinə baxmaq olar".
Nazir eyni zamanda bildirib ki, dövlət qulluqçularının maaşlarının artırılması da nəzərdən keçiriləcək: "Bu il dövlət qulluğunda çalışanların hamısının maaşı artırılıb. 2014-cü ildə dövlət qulluqçularının əmək haqqının artırılmasına yenidən baxa bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB