Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov 8 noyabr 2013-cü il tarixində, saat 13:00-da Neftçala şəhərində Mədəniyyət və incəsənət sarayında (Heydər Əliyev prospekti) vətəndaşlar üçün qəbul keçirəcək. SİA-ya verilən məlumata görə, qəbulda Neftçala ilə yanaşı, Hacıqabul, Sabirabad, Saatlı, Salyan rayonlarının və Şirvan şəhərinin sakinləri iştirak edə bilərlər.
Qeyd edək ki, qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Aran bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB