Hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

Hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir

"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, noyabrın 5-də paytaxtda və yarımadada havanın temperaturu gecə 10-13, gündüz 18-23 dərəcə isti olacaq.

Məlumata əsasən, ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır: "Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturunun gecə 7-12, gündüz 17-22, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə