Nazir: "Meşələrdə ağacların qırılması halları azalıb"

Nazir: "Meşələrdə ağacların qırılması halları azalıb"

"Son illərdə Azərbaycanda istilik məqsədi ilə meşələrdə ağacların qırılması halları azalıb". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyinqulu Baǧırov bildirib.

Nazirin sözlərinə görə, azalmaya səbəb son illərdə Azərbaycanda qazlaşdırılmanın artması və mühafizə tədbirlərinin gücləndirilməsidir: "Hazırda insanlar kütləvi şəkildə meşələrə getmirlər. Bəzən ayrı-ayrı adamlar biznes məqsədləri üçün meşədən ağacları qanunsuz şəkildə kəsib satırlar. Eyni zamanda meşədə ağacların qırılmasının qarşısının alınması üçün səmərəli şəkildə mübarizə aparılır. İndi meşələrlə bağlı ciddi problem yoxdur. Meşə ağacları Azərbaycanın landşaftında, təbiətində mühüm rol oynayır. Bu ağacların qırılması qadağandır".

Bütün xəbərlər Facebook səhifəmizdə