“Öz Sözümüz” layihəsi həyata keçiriləcək

“Öz Sözümüz” layihəsi həyata keçiriləcək

AR Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının (ATGTİ) təşkilati dəstəyi ilə "Öz Sözümüz" layihəsi həyata keçiriləcək. SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi dilimizdə az istifadə olunan sözlərin təbliği, xarici sözlərin istifadəsinin mümkün qədər azaltmaqdır. Layihə çərçivəsində rus və ingilis dilindən istifadə etdiyimiz sözlərin Azərbaycan dilində qarşılığı yazılan müxtəlif posterlər hazırlanacaq və ali və orta ixtisas təhsil müəssisələrində asılacaq. Tələbə-gənclərin diqqətini cəlb etmək üçün posterlər "əlvan sözlər"ilə hazırlanacaq. Layihə ərzində sözlərin qarşılığı olan bukletlər gənclərə paylanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə