“AtaBank”da pulköçürmə sistemləri üzrə aksiya davam edir

“AtaBank”da pulköçürmə sistemləri üzrə aksiya davam edir

"AtaBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası davam edir. SİA-ya verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən, "AtaBank"ın filiallarında ən azı 500AZN/USD/EUR və ya 20 min RUB məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 1 min AZN/ USD/EUR və ya 40 min RUB pul köçürənə və ya alana isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur

500 -1000 manatlıq köçürmə üçün - 1 manat

1000 – 2000 manatlıq köçürmə üçün- 2 manat

2000-5000 manatlıq köçürmə üçün– 3 manat

5000 manatdan artıq məbləğdə köçürmə üçün - 5 manat

Hazırda bankımız öz müştərilərinə 10 növ sürətli pulköçürmə sistemi üzrə xidmət göstərir. Bunlar "Western Union", "Coinstar", "Zolotaya Korona", "Migom", "Privat Money", "Blizko", "Xpress Money", "Monex", "Contact" və "Lider" sürətli pulköçürmə sistemləridir.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.

Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə