02-03 noyabr 2013-cü il tarixlərində Nərimanov rayonunda yerləşən S.Xasıyev adına Mərkəzi Parkda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Profi-Az" şirkəti ilə birgə rayonun yeniyetmə və gəncləri üçün ölkəmizdə ilk dəfə olaraq rəqəmsal tamgümbəzli proyeksiya sistemində "Gələcəyin kinosu" mövzusunda kainat haqqında filmlər nümayiş etdirilib. SİA-nın verdiyi məlumata görə, gələcəyin kinosu olan sferik kinonun nümayişi proyektorlar vasitəsi ilə 360 dərəcə baxış bucağı altında aparılıb.
Yüksək innovativ texnologiyalarının tətbiqi nəticəsində filmlərin nümayişində yeni bir ölçü yaranır və tamaşaçılar okeanın dərinliyinə, müxtəlif planetlərə səyahət edə, kainatın ucsuz bucaqsız tərəflərinə uçuşlar edə biliblər. İki gün davam edən tədbirdə 1100 nəfərdən artıq yeniyetmə və gənc iştirak edib, nümayış olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB