Sabah ölkədə 21 dərəcə isti olacaq

Sabah ölkədə 21 dərəcə isti olacaq

Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, dağlıq ərazilərdə çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 1-6 isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə