Milli Dirçəliş günlərinə həsr edilmiş ədəbi-bədii gecə keçiriləcək

Milli Dirçəliş günlərinə həsr edilmiş ədəbi-bədii gecə keçiriləcək

Noyabrın 8-də Xəzər rayonunun Balaxanı qəsəbəsindəki Mirzə Ələkbər Sabir adına Mədəniyyət evində noyabr ayının əlamətdar hadisələri - Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr edilmiş musiqili ədəbi-bədii gecə keçiriləcək. SİA-nın məlumatına görə, ziyalıların, məktəblilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə dövlətçiliyimiz haqqında məruzələr dinlənəcək.

Sonda mərkəzin "Şəlalə" xalq çalğı alətləri ansamblı və "Vurğun" poeziya teatrının ifasında müstəqilliyimizə və dövlətçiliyimizə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə