Hümanitar marafon elan edilib

Milli Qızıl Aypara Cəmiyyəti (QAC) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə noyabrın 1-dən etibarən humanitar marafon elan edib. QAC-dan SİA-ya verilən məlumata görə, toplanan vəsait respublikadakı tənha və atılmış yaşlılara humanitar yardım üçün sərf olunacaq. Arzu edənlər QAC-ın saytı vasitəsilə yardıma qoşula bilərlər. Şəffaflığın təmin olunması məqsədilə ad və məbləğ təşkilatın saytında göstəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə