III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olub

III Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəranda olub

Bu gün Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçılarından bir qrupu Lənkəran rayonuna gəlib. 69 nəfərdən ibarət nümayəndə heyətinin tərkibinə ABŞ-ın, Almaniyanın, Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Efiopiyanın, Bosniya və Hersoqoveniyanın, İtaliyanın, Meksikanın, Pakistanın, Mərakeşin, Ukraynanın, Yaponiyanın, Kanadanın, Vyetnamın, Polşanın, Avstriyanın, Belarusun, Gürcüstanın, Türkmənistanın və Qırğızıstanın tanınmış dövlət və elm xadimləri daxildir.

Lənkəran Hava Limanında qonaqları rayonun rəhbər işçiləri qarşılayıblar. Beynəlxalq Forumun iştirakçıları Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə yaxından tanış olublar.

Nümayəndə heyəti Lənkəran şəhəri ilə tanışlıq zamanı Bayraq Meydanında olub.

Hirkan Milli Parkına ekskursiya edən qonaqlara cənub bölgəsinin flora və faunası barədə ətraflı məlumat verilib.

Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu iştirakçıları, həmçinin Lənkəran rayonunun "İstisu" qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatının çay plantasiyasında, Hirkan qəsəbəsində sitrus və subtropik meyvə bağlarında yetişdirilən məhsullarla tanış olublar.

Qonaqlar "Palma Life" hotelinin restoranında Lənkəran toyuq ləvəngisinin bişirilmə prosesini böyük maraqla izləyiblər.

"Nənələr" folklor kollektivi Beynəlxalq Forumun iştirakçıları qarşısında konsert proqramı ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə