FHN-nin Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirmə tədbirləri keçirib

FHN-nin Cənub Regional Mərkəzi Lənkəranda maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən noyabrın 1-də Lənkəran rayonunun Cil və Xarxatan kənd orta məktəblərində "Uşaq hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbirləri keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Mərkəzin ictimaiyyətlə əlaqə və təbliğat sektorunun müdiri Zaur Hüseynov "Uşaq hüquqlarının müdafiəsi hər bir cəmiyyətin ümdə vəzifəsidir", "Uşaqların təhlükəsizliyi və valideyn məsuliyyəti" mövzularında çıxış edərək bildirib ki, ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan Respublikasının Konstitusiyası, habelə bir sıra qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.

Sonra təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində müəllim və şagird heyətinin maarifləndirilməsi məqsədilə "Fövqəladə hadisələrə mənəvi-psixoloji hazırlıq", "Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir", "112 zəng mərkəzinə hansı hallarda zəng etmək lazımdır?" mövzularında məlumat verilib.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə "Yanğına qarşı təbliğat guşəsi"nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

Tədbirin sonunda "Hansı hallarda 112 zəng mərkəzi ilə əlaqə saxlamaq lazımdır?", "Yanğın təhlükəsizlik qaydalarına hamı əməl etməlidir", "Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!" və "Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar" mövzularında hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılıb. Həmçinin "Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri"nə dair video-çarx nümayiş olunub və göstərilən materiallarla bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə