Lənkəran Qaz İstismar Sahəsi qış mövsümünə hazırlığı diqqətdə saxlayır

Lənkəran Qaz İstismar Sahəsi qış mövsümünə hazırlığı diqqətdə saxlayır

"Regionların 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" çərçivəsində Respublıikanın Qaz təsərrüfatında aparılan geniş miqyaslı işlər Lənkəran şəhəri və rayonu ərazisində da davam etdirilir. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, cari ildə Lənkəran Qaz İstismarı Sahəsinin xidməti ərazisi üzrə rayon əhalisinin və müəssisələrin təbii qazla təmin olunması istiqamətində çoxlu təxirəsalınmaz işlər görülüb. Lənkəran QİS-nin müasir tipli inzibati binası tikilərək istifadəyə verilib, sahə yeni maşın-mexanizmlərlə təmin edilib. Bu da Azərbaycan Respublikası Prezidenti İlham Əlyevin ölkəyə, ölkə vətəndaşlarına qarşı göstərdiyi qayğının bariz nümunəsidir. Bəs müəssisədə ötən dövr ərzində hansı işlər görülüb? 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıq işləri necə gedir?

Müsahibimiz Lənkəran QİS-nin rəisi Ceyhun Axundov bu barədə bunları deyib:

- 2013-cü ilin 9 ayı ərzində Lənkəran QİS-si 24912 əhali abonentinə və 122 qeyri-əhali obyektinə xidmət göstərib. Həmin müddət ərzində rayon üzrə 42 mln. 286 min 909 m³ təbii qaz qəbul edilmiş, onun 32 mln. 298 min 782 m³ həcmində təbii qaz satışa verilmişdir. Satılan qazın dəyərindən 3 mln 224min 505 manat və ya 99,8% ödənilməsi təmin edilib.

2013-cü ilin 9 ayı ərzində sənaye sektoruna 8 mln 514 min 721 m³ həcmində təbii qaz verilib, dəyəri 851 min 472 manat təşkil edib. Ödənilən 1912 manat debitor borcla birlikdə cəmi ödəniş 853 min 384 manat, yəni 100, 22% təşkil edib.

Xidmət sahəsi üzrə ümumi debitor borc 612 min 116 manat olmaqla, əhali sektoru üzrə 543 min 049 manat, sənaye sektoru üzrə isə 69 min 067 manat təşkil edir.

2013-cü ilin 9 ayı ərzində Lənkəran QİS-i tərəfindən 794 ədəd istismar müddəti bitmiş sayğac yenisi ilə əvəz olunub, podratçı təşkilatlar tərəfindən 9 min 032 ədəd yeni sayğac quraşdırılıb.

Lənkəran şəhər ərazisi üzrə 30 min 664 p/m polietilin boru, 123min 608 p/m metal boru, kəndlər üzrə 155 min 184 p/m polietilin boru, 602 min 553 p/m metal boru çəkilib.

1255 abanentin qaz cihazlarına texniki baxış keçirilib, bukletlər paylanılıb və qazdan istifadə qaydaları barədə abonentlərlə təlimatlandırma və təbliğat işləri aparılıb.

2013-cü ilin 9 ayı ərzində vətəndaşlar tərəfindən 4105 ərizə, o cümlədən 88 şikayət və 68 məktub daxil olub. Həmin müraciətlərin hər birinə müvafiq qaydada cavablar verilib.

2013-cü ilin 9 ayı ərzində şəhər və rayon ərazisində 78 briqadadan ibarət 4 tikinti təşkilatı ("Azərbaycan" EİB, "Alıbəyli"MMC, "Ağdam-2", "Alp-2010") fəaliyyət göstərməkdə davam edir. 33 kənddə təbii qazın istismara buraxılması istiqamətində açılışlar olmuş və vətəndaşlar təbii qazla təmin olunublar

Tikinti işləri davam etdirilir və yaxın vaxtlarda daha 7 kəndin qaz təsərrüfatının istismara verilməsi nəzərdə tutulub. Görülmüş işlərə baxmayaraq Lənkəran QİS-nin fəaliyyətində müəyyən nöqsanlar mövcuddur. Bu nöqsanların bir qismi obyektiv səbəblərdən olsa da, digər qismi subyektiv səbəblərdən irəli gəlir. Bu qüsurlar vaxtaşırı olaraq müzakirə edilir və onların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Görülmüş işlərlə yanaşı sahə payız-qış mövsümünə hazırlıq işlərini də daim diqqət mərkəzində saxlayır. Belə ki, Siyavar, Separadi, Xarxatan kəndlərində və Liman şəhərində quraşdırılmış tənzimləyici şkafların profilaktik təmiri, Xarxatan kəndində d-57mm olan qaz kəmərində təmir işlərinin aparılması, Ürgə kəndində 2 mərtəbəli binada QTŞ-n quraşdırılması nəzərdə tutlub. Nəzərdə tutulan bu və ya digər işlər də qısa zaman kəsiyində həyata keçiriləcəkdir.

Qeyd etməliyəm ki, hörmətli İcra başçısı Taleh Qaraşovun yaxından kömək və səyi nəticəsində Lənkəran QİS-nin fəaliyyətini gündən-günə gücləndirir, vətəndaşlara göstərilən xidmətin keyfiyyətini yüksəltməyə səy göstərir. Bundan sonra da ölkə və rayon rəhbərliyinin Lənkəran QİS-nin qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində bütün imkanlarımızı səfərbər edəcəyik.

Söhbəti qələmə aldı: Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə