Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyadır

Azərbaycançılıq xalqımızın milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyadır

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Yeniləşən Azərbaycan Gəncliyinin İctimai Birliyinin təşkilatçılığı ilə 1-2 oktyabr 2013-cü il tarixlərində Quba və Qusar rayonlarında "Gənclərin müasir vətənpərvərlik ruhunun artırılması yolları" mövzüsunda tədbir keçirilib.

Tədbiri açıq elan ictimai birliyin icraçı direktoru E.Əsədov bildirib.

Təməl prinsipləri Ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən Azərbaycançılıq ideyası həm də xalqımızın milli-mənəvi dəyəridi, gəncləri müasir dövrdə mənfi steriotiplərdən qorumağın mühüm vasitəsidir. Milli vətənpərvərliyimizin istinad yeridir.

Vətənpərvərliyin artırılmasında milli adətənənələrimizin xüsusi yeri və rolu var. Adət-ənənələrimiz qlobal submədəniyyətlərlə inteqrasiya fonunda milli dəyərlərimizin qorunması fonunda yeniləşən meyllərin müqayisəsi fonunda gənclərə öyrədilməlidir.

Sonra isə çıxış edən Şəfa Mehdiyev bildirib.

Qeyd edib ki, Azərbaycançılıq azəri xalqının milli mənlik və ümumxalq mədəniyyətinin qorunması üçün zəruri ideyadır: "Adətlər - ictimai həyatın müəyyən sferasında, başlıca olaraq məişət davranışının tarixən meydana gəlmiş, nəsildən-nəslə keçən, hamılıqla qəbul edilən və ictimai şüurun ancaq müəyyən formalarında təcəssüm edən sadə qaydalardır. Ənənələr - tarixən əmələ gəlmiş, nisbi sabit yaşayış tərzi və onun doğurduğu mənəvi, siyasi və estetik idealların və münasibtlrin, maddi və mənəvi sərvətlrin, onların inikası olan adətlərin, davranış normaları və yaşayış qaydalarının, sosial-tarixi təcrübənin məcmusudur".

Digər çıxış edən Osman Abbasov bildirib ki, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyətləri var.

Digər çıxış edən natiq Əlizadə Tamilla deyib ki, adətlər ictimai həyatın müəyyən sferasında, başlıca olaraq məişət davranışının tarixən meydana gəlib, nəsildən-nəslə keçən, hamılıqla qəbul edilən və ictimai şüurun ancaq müəyyən formalarında təcəssüm edən sadə qaydalardır.

Tədbir bu qarşılıqlı çıxış və suallarla yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə