Mingəçevir sakini Sevil Rəsulovanın qeyri-adiliyi bədəninin maqnit qüvvəsinə malik olmasıdır. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, 55 yaşlı qadının bədəninə qaşıq, çəngəl, ağır ütü və digər dəmir hissələri asanlıqla yapışır.
Sevil xanım özündə bu qüvvəni 11 yaşında olarkən hiss edib. Səhhətində olan problemləri ilə bağlı bir neçə dəfə əməliyyat masasına uzansa da qadının bədənindəki maqnit xəstəxanadakı cihazlara da təsir edib. Belə ki, bədənində olan maqnit qüvvəsi cihazların fəaliyyətinin dayanmasına səbəb olub.
Qeyd edək ki, Sevil Rəsulova Qarabağ döyüşçüsüdür. Onun hazırda ən böyük arzusu düşmən tapdağında olan torpaqların geri alınmasıdır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB