Konyada səfərdə olan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Məram bələdiyyə sədri Sərdar Kalayçı ilə görüşüb. SİA-nın məlumatına görə, tədbirdə çıxışı zamanı Bələdiyyə sədri Sərdar Kalaycı qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin dediyi kimi Azərbaycanla Türkiyə bir millət iki dövlətdir: "Ölkələrimiz arasındakı əlaqələr hələ keçmiş dövrlərdən qurulub. Biz də Məramın Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsinə səy göstəririk. Elə məhz bu səylərin nəticəsidir ki, Məram ilə Azərbaycanın Şəki bölgəsi qardaşlaşan şəhər olublar. Məram Alavar məhəlləsində Şəki parkı salınıb".
Millət vəkili Qənirə Paşayeva atılan addımları yüksək qiymətləndirərək iki qardaş ölkənin bölgələri arasında da əlaqələri möhkəmləndirməyin mühüm əhəmiyyət daşıdığını bildirib: "Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin və bütün türk dünyasının uğurudur. Dövlət başçılarımızın dediyi kimi dövlətlərimiz arasındakı əlaqələrin möhkəmlənməsi ilə yanaşı, ölkələrimizin bölgələri arasında da əlaqələr genişlənməlidir. Məram bu baxımdan örnək bələdiyyələrdəndir. Məramın Azərbaycan bölgəsi olan Şəki ilə qardaşlaşması Məramın Azərbaycanda tanınmasına əlaqələrin sıxlaşmasına öz təsirini göstərib".
Sonra millət vəkili müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabının ikinci hissəsini hazırlamağı planlaşdırdığını bildirib. O, kitabın ikinci hissəsində mənəviyyat dünyamız və tariximizdə böyük yeri olan Konyaya, təbii ki, Mərama da geniş yer verəcəyini bildirib.
Daha sonra millət vəkili Qənirə Paşayeva Məram Bələdiyyə sədri Sərdar Kalayçıya Azərbaycan tarixi və həqiqətlərini əks etdirən müəllifi olduğu kitablarla birgə qılınc və qələm hədiyyə edib. Qılıncı qolumuzun gücü, qələmi isə sözümüzün gücü adlandıran millət vəkili təqdim etdiyi kitablar barədə də Sərdar Kalaycıya məlumat verib. O, Dağlıq Qarabağın keçmiş millət vəkili Havva Məmmədova ilə birgə Türkiyə türkcəsində hazırladığı "Xocalı Soyqırımı tanıqların dilindən" kitabı haqqında məlumat verib.
Qeyd edək ki, görüşdə millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi və Türkiyənin bəzi bölgələrində Azərbaycan-Türkiyə Qardaşlıq Gecə"lərində iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar birliyin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın Əməkdar artisti Elza Seyidcahan, Opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB