Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən ailə institutunun qorunub saxlanılması, yaşlılara qayğı və hörmət kimi nəsildən–nəslə ötürülən milli dəyərlərimizin vacibliyi, gənc nəslin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə birgə "Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu" adlı layihəyə cari ilin sentyabr ayında start verilib.
AQUPDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Regional layihə çərçivəsində ilk tədbir Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında keçirilib.
Tədbiri giriş sözü ilə açan AHİK-in Zəhmətkeşlərin Mədəni-Məişət Problemləri üzrə Analitik Tədqiqat şöbəsinin müdiri Namiq Hüseynov qonaqları salamlayaraq, layihənin məqsədindən bəhs etmiş daha sonra "Azərbaycan ailəsi" 2010 filmlər festivalının qalibi seçilən "AĞ-QARA" filmi nümayiş olunub.
Filmdən sonra söz AQUPDK-nın Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədovaya verilib. G.Məmmədova Komitənin ailə, qadın, uşaq problemlərinin həlli istiqamətində yürütdüyü Dövlət siyasətindən bəhs etmiş, cəmiyyətin hər bir üzvünü - Azərbaycan ailəsini narahat edən problemlərin Komitə əməkdaşları tərəfindən daima araşdırıldığını, bu problemlərin aradan qaldırılması istiqamətində müxtəlif layihələrin, tədbirlərin, maarifləndirmə kampaniyalarının həyata keçirildiyini vurğulayıb.
"Azərbaycan ailələrinin sosioloji vəziyyəti" mövzusunda çıxış edən Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova təqdimat vasitəsi ilə Komitənin ailələrlə bağlı fəaliyyəti istiqamətində olan statistik məlumatları və sosial analitik araşdırmaları qonaqlara təqdim edib. Ailə anlayışı, ailənin funksiyaları, ailənin cəmiyyətə təsiri yaxud əksinə cəmiyyətin ailələrə təsiri kimi məsələlərə toxunan A.Veysəlova, müasir Azərbaycan ailəsi modelinin bütün dünyaya nümunə olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB