“Sosial şəbəkələrdən düzgün istifadə və internetdə mütaliənin artırılması”
"Sağlam Gəncliyə Doğru" İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sosial şəbəkələrdən düzgün istifadə və internetdə mütaliənin artırılması"layihəsini uğurla həyata keçirib. Baş tutan layihə çərçivəsində gənclərə sosial media, sosial şəbəkələrdən düzgün istifadə, internetdə mütaliənin artırılması, Azərbaycan həqiqətlərinin virtual aləmdə tanıdılması mövzuları əsasında təlimlər və debatlar keçirilib.
Eyni zamanda, gənclərin asudə vaxtının əyləncəli və səmərəli keçməsi üçün maraqlı intellektual oyunlar, film saatları da təşkil olunub. Bu səpkili layihələrdə əsas məqsəd gənclər arasında mütaliəni, xüsusən də internetdən mütaliə həvəsini artırmaq və sosial şəbəkələrdən səmərəli istifadəni təşkil etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB