Rumıniyanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir FOTO

Rumıniyanın Azərbaycandakı səfiri Gəncədə səfərdədir FOTO

Rumıniyanın Azərbaycandakı səfiri, eləcə də NATO-nun Əlaqələndirici səfiri Daniel Kristian Çiobanu Gəncə Dövlət Universitetində olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "Azərbaycanın Avro-Atlantik inteqrasiya proseslərinə ictimaiyyətin gücləndirilməsi" layihəsi çərçivəsində "NATO-Azərbaycan əlaqələri Əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri" mövzusunda dəyirmi masa keçirilib. Görüşdə Azərbaycanla NATO arasında olan sıx əlaqələrdən danışılıb və bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bildirilib. Artıq 19 ildir ki, Azərbaycan NATO ilə əməkdaşlıq edir.

Qeyd edək ki, MDB dövlətləri arasında Azərbaycan NATO ilə əməkdaşlıq edən ilk dövlətdir və etibarlı tərəfdaşdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə