Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Şura Xəzər televiziyası ilə birgə "Cəmiyyət" adlı maarifləndirici veriliş hazırlayıb. SİA-nın məlumatına görə, proqram hər həftənin beşinci günü, saat 23:00-da yayımlanacaq. Verilişin ilk buraxılışı bu gün efirə gedəcək. Cəmiyyət verilişinin ilk qonağı Şura sədri millət vəkili Azay Quliyev, aparıcısı isə Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbuddur.
Verilişin hazırlanmasında əsas məqsəd Şuranın dəstəklədiyi layihələrdə toxunulan problemlərin hərtərəfli işıqlandırılması və bunlarla bağlı cəmiyyətin maarifləndirilməsidir. Eyni zamanda, bu veriliş vasitəsilə vətəndaşların hüquq və mənafelərinin qorunması istiqamətində QHT-lərin həyata keçirdiyi layihələr haqqında vətəndaşlar geniş şəkildə məlumatlandırılacaq. Ümumilikdə proqramda vətəndaşları düşündürən, ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzuların ekspertlərin iştirakı ilə müzakirəyə çıxarılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB