"Dinlərarası dialoq sahəsində yazan xarici mütəxxəsislərə təqaüd ayrılacaq"
"Xarici mütəxəssislərə, o cümlədən doktorluq dissertasiyası yazanlara multikulturalizm və tolerantlıq, dinlərarası dialoq sahəsindəki işlərini Azərbaycanda tamamlamaq üçün 2 aylıq yaşayış və təqaüd ayrılacaq. Bu, mühüm məsələdir. Bu prinsip tolerantlıq konsepsiyasına aiddir. Bu fəlsəfi fikir Azərbaycanda yaşanır və dövlət də bunu dəstəkləyir". SİA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycan tolerantlıq modelini dünyaya çatdırmalıdır: "Bu model təbii ki, dünyada vacibdir. Biz may ayından Milli Tolerantlıq Mərkəzinin layihəsinin həyata keçirilməsinə başlamışıq. Bu layihə bizim komitə ilə BMT arasında müqaviləyə əsasən həyata keçirilir, İSESCO ilə Mədəniyyətlərarası Alyans tərəfindən də dəstəklənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB