III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın rolu" adlı beynəlxalq konfransın "KİV və sivilizasiyalar arasında dialoq: mədəniyyətlərin qütbləşməsində qarşılıqlı əlaqələrə və tolerantlığa doğru" adlı ikinci panel sona çatıb. SİA xəbər verir ki, konfransda çıxış edən Rusiyanın "Rossiya" televiziyasının nümayəndəsi Marina Kim "Rossiya" kanalının 140 milyonluq auditoriyanı əhatə etdiyini deyib. Çıxışında son dövrlərdə Azərbaycan-Rusiya münasibətləri zəminində baş verən hadisəyə toxunan Marina Kim Rusiyanın çoxmillətli bir ölkə olduğunu və hadisənin normal qarşılanmasının vacibliyini vurğulayıb: "Hazırda Moskvada millətlərarası münaqişələr özünü göstərir. Rusiyada yaşayan bütün vətəndaşlar bir-birilərinə səbr və tolerantlıqla yanaşmalıdırlar. Məhz bir neçə gün bundan əvvəl Biryulevoda baş verən hadisənin səbəbkarının Azərbaycan vətəndaşı olduğunu yayımlamışdıq. Bu hadisə ölkədə millətlərarası münaqişələrin böyüməsinə səbəb ola bilərdi".
Məsələyə müdaxilə edən Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova Azərbaycanda baş verən cinayətlərdə millətin önə çəkilmədiyini deyib. O bildirib ki, Rusiyada adi bir cinayət hadisəsində milliyin önə çəkilməsi diqqət cəlbedicidir: "Cinayətkarın milliyəti yoxdur. Azərbaycanda cinayətkarın milliyəti heç vaxt açıqlanmır və qabardılmır. Digər bir tərəfdən bıçaqlanma ilə nəticələnin hadisənin şişirdilərək Rusiyanın gündəm məsələsinə çevrilməsi gözlənilməz idi. Sizin mətbuat nümayəndəsi kimi "Cinayət hadisəsində cinayətkarın milliyəti açıqlanmalıdır" ifadəniz məni təəcübləndirib".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB