Akif Əlizadə: "Müzakirələr Azərbaycanın bütün dünyada humanitar sahədə qabaqcıl ölkə kimi tanıdacaq"
Forum çərçivəsində aparılan müzakirələr Azərbaycanın bütün dünyada humanitar sahədə qabaqcıl ölkə kimi tanıdacaq. Məhz bu, forumun əsas ideyalarından biridir. Bu sözləri jurnalistlərə müsahibəsində AMEA-nın prezidenti Akif Əlizadə deyib.
Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun "Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları" mövzusunda keçirilən "dəyirmi masa"sından danışarkən AMEA-nın prezidenti bildirib ki, gələcəyi qurmaq üçün kompyuter texnologiyalarının təkmilləşdirilməsi zərurəti bu gün prioritet məsələdir.
Akademik deyib ki, yeni texnologiyaların inkişafı kvant fizikası kimi elmin nailiyyətlərindən çox asılıdır. "Fizika və biologiya, fizika və tibb elmlərinin təmasında aparılan müasir araşdırmalar həmişə yeni nailiyyətlərin əldə edilməsinə gətirib çıxarır", - deyə A.Əlizadə bildirib.
AMEA-nın prezidenti deyib ki, "dəyirmi masa"nın sonunda yekun sənəd qəbul ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB