Miquel Anqel Otero Tamayo: "Belə bir Forumun keçirilməsi çox gözəl ideyadır"

Miquel Anqel Otero Tamayo: "Belə bir Forumun keçirilməsi çox gözəl ideyadır"

Dünyanın çoxsaylı ölkələrindən yaradıcı insanları bir yerə toplayaraq belə bir Forumun keçirilməsi və burada iqtisadi, ekoloji, cəmiyyətin bütövlükdə fundamental məsələlərinin müzakirə edilməsi çox gözəl ideyadır. Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, "MUNDO İnternational" jurnalının redaktoru Miquel Anqel Otero Tamayo deyib.

Jurnalın redaktoru bildirib ki, dünyanın müxtəlif ölkələrindən adamların iştirak etdikləri bu Forumda son dərəcə aktual məsələlər müzakirə edilir. Bu da sülhün, qarşılıqlı anlaşmanın daha tez əldə olunmasına imkan yaradır. Həmçinin Forum iştirakçıları bir-birlərini daha yaxından tanıyır, müxtəlif ideyaları bölüşürlər.

Bakıya ikinci dəfə səfər etdiyini deyən Miquel Anqel Otero Tamayo burada yenidən olmağından məmnunluğunu bildirib. Vurğulayıb ki, Azərbaycan müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkədir. Burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamaları çox təqdir olunası haldır.

Şahin Abasov

Bütün xəbərlər Facebook səhifəmizdə