Goranboyda Korçay Dövlət Təbiət Qoruğuna Heydər Əliyev Fondunun dəstəyi ilə Şirvan Milli Parkından 10 ceyran gətirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ceyranların öz təbii areallarına buraxılması mərasimində Goranboy rayon İcra Hakimiyyəti, yerli bələdiyyə və Dünya Vəhşi Təbiəti Mühafizə Fondu nümayəndələrinin iştirakı ilə keçirilib. Təbii artım məqsədilə gətirilən ceyranların mühafizəsini təmin etmək üçün ikisinin üzərinə GPS cihazları quraşdırılıb. Bununla da onları peyk vasitəsilə izləmək və qeyri-qanuni ceyran ovunun qarşısını almaq mümkün olacaq. Məlumat üçün bildirək ki, əsasən ceyranların qorunduğu qoruq 5 hektara yaxın ərazini əhatə edir, qoruqda 600-dan artıq ceyran və digər heyvan növləri qorunur. Qoruq ərazisində 20-dən artıq mühafizəçi üçün 2 yeni ev tikilərək istifadəyə verilib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə