“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda tədbir keçirilib

“Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda tədbir keçirilib

III Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Qloballaşan informasiya məkanında medianın aktual məsələləri" mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dünyanın bir çox ölkələrindən gəlmiş elm xadimləri, dövlət və hökumət üzvləri, deputatlar, 100-dən çox ölkədən rəsmi şəxslər, tanınmış elm, mədəniyyət xadimləri, Nobel mükafatı laureatları iştirak edirlər. Tədbirdə "Yeni texnologiyalar və müasir media" adlı panel keçirilib. Paneldə yeni texnologiyaların tətbiq edilməsi üçün faydalı zəmin kimi müasir media məsələləri müzakirə edilib.

Tədbirdə ilk öncə AzərTAc-ın baş direktoru Aslan Aslanov çıxış edib.

Paneldə moderator qismində Rusiyanın İTAR-TASS agentliyinin birinci müavini Mixail Qusman çıxış edib. O bildirib ki, yeni texnologiyaların müasir mediada tətbiqi KİV-lər üçün əhəmiyyətlidir: "Hesab edirəm ki, panel çərçivəsində bu sahədə olan problemlər müzakirə ediləcək və yüksək səviyyəli nəticələr əldə olunacaq".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə