“Milli Qəhrəmanların gənclərə tanıdılması” adlı layihəyə start verilib FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi İsa Məmmədovun müəllifi olduğu "Milli Qəhrəmanların gənclərə tanıdılması" adlı layihəyə start verilib. SİA-nın məlumatına görə, layihənin təqdimat mərasimində çıxış edən İsa Məmmədov bildirib ki, əsas məqsəd milli qəhrəmanların həyatından, döyüş yolundan bəhs edən sənədli filmlərin çəkilməsi, onların efirdə yayımlanması, bu mövzuda çəkilən filmləri gənclərə təqdim etməklə Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin qəhrəmanlıqları haqqında onları məlumatlandırmaqdır.
Layihə rəhbəri onu da vurğulayıb ki, Azərbaycanın milli qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlərin çəkilişi ilə yanaşı, şəhər və rayon icra hakimiyyətləri, Respublika Veteranlar Şurası, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi və digər aidiyyəti hökumət və qeyri-hökumət təşkilatları ilə birgə qəhrəmanların tanıdılması istiqamətində mütəmadi olaraq görüşlər, ədəbi-bədii, tematik gecələr, sərgi və turnirlərin təşkili nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB