“Gənclər klubu” layihəsinin təqdimatı olub FOTOLAR

“Gənclər klubu” layihəsinin təqdimatı olub FOTOLAR

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Fondunun elan etdiyi III qrant müsabiqəsinin C kateqoriyası üzrə qalibi Günay Məmmədovanın müəllifi olduğu "Gənclər klubu" layihəsinin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirə layihənin icrasında iştirak edəcək şəxslər, bir çox kütləvi informasiya vasitələrinin nümayəndələri və gənclər qatılıblar. Təqdimatda layihənin başlaması və görüləcək işlər barədə iştirakçılara məlumat verən Günay Məmmədova bildirib ki, "Gənclər klubu" layihəsinin əsas məqsədi gənclərə milli dəyərlərimizi xatırlatmaq, aşılamaq, əxlaqi dəyərlərin gənclik, cəmiyyət üçün böyük önəmini çatdırmaqdır. Bundan başqa gəncliyin üzərinə düşən ictimai məsuliyyəti onlara xatırlatmaqdır.

Layihə rəhbəri diqqətə çatdırıb ki, "Gənclər klubu"nda təşkil edilən seminarlarda, debatlarda, görüşlərdə gəncliyin özünə, cəmiyyətə, ailələrinə, yaşlı və əlil insanlara və dövlətə qarşı məsuliyyətləri ilə bağlı təcrübəli pedaqoq, psixoloq, çalışdığı sahədə uğur qazanan insanlar öz məsləhətlərini, nəsihətlərini verəcək, təcrübələrini bölüşəcəklər.

Qeyd edək ki, sonda gənclərin layihə ilə bağlı sualları ətraflı cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə