Çox hörmətli dostumuz, millər vəkili Aydın Mirzəzadənin sosial şəbəkələrdə nə qədər aktiv olduğunu yəqin ki, çoxumuz bilirik. Onun "Müdriklik dərsi" rubrikasında yazılarını isə oxumayan yoxdur. Məsləhətdir, həyat dərsindən siz də öz payınızı almaq istəyirsinizsə, buyurun, növbəti dərsin mövzusunu oxuyun:
"Bir dəfə həyətdəki siçan gördü ki, ev sahibi onu tutmaq üçün tələ qurub. O bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Onlar siçanın sözünə gülərək dedilər: "Tələ sənin problemindir. Bizə aidiyyatı yoxdur, özün başının çarəsini qıl!".
Bir qədər sonra tələyə ilan düşdü, o isə oradan keçən ev sahibinin xanımını dişlədi. Onu sağaltmaq üçün evdəkilər toyuğu kəsib bişirdilər. Sonradan xəstə qadını görməyə gələn qohumlara yemək bişirmək üçün qoyunu da kəsməli oldular. Qadını sağaltmaq mümkün olmadı və yası yola vermək üçün inəyi də kəsdilər.
Bu müddətdə siçan divarın küncündəki deşikdən çolə baxaraq, həyətdəki heyvanları bir müddət əvvəl xəbərdar etdiyini xatırlayırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB