Bakı Humanitar Forumunun beynəlxalq aləmdə əhəmiyyəti əvəzolunmazdır. Bakıda tikinti-quruculuq işləri o qədər sürətlə gedir ki, 5-10 il əvvəl buraya gələnlər indi şəhəri çətinliklə tanıya bilərlər. Bu sözləri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Fransanın Şabli şəhərinin meri, Ali Şuranın birinci vitse-prezidenti Patrik Gendraud deyib.
P.Gendraud şəhərimizin arxitekturasını, qədim və müasir tikililərini Fransanın Nitsa şəhərinə bənzədərək Bakının onda unudulmaz təəssürat oyatdığını xüsusi vurğulayıb.
Qonaq Forumda maraqlı müzakirələrin aparıldığını, yeni insanlarla tanış olduğunu bildirərək deyib: "Bakının belə bir nüfuzlu humanitar tədbirə üçüncü dəfə ev sahibliyi etməsi həqiqətən təqdirəlayiqdir. Forumda iştirak etməyimdən çox məmnunam".
Ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan qonaq ötən gecə Bakını gəzdiyini qeyd edərək demişdir: "Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə yaxşı təəssürat yaradır. Burada hər şey səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər".
P.Gendraud Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB