Yeni Azərbaycan Partiyası ( YAP) Gəncə şəhər Təşkilatı "SKY Technology", "Aura Park" Ticarət və Əyləncə Mərkəzinin tərəfdaşlığı ilə "Gənclərin İKT bacarıqlarının artırılması" layihəsinə uyğun maarifləndirici təlim kursunu artıq yekunlaşdırıb. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Gəncə şəhər Təşkilatı Gənclər birliyinin sədri Fərid Dünyamalıyev qeyd edib ki, Azərbaycanda İKT uzun illər Sovetlər İttifaqının analoji sahəsinin tərkib hissəsi olaraq inkişaf edib: "Artıq 70-ci illərdə Azərbaycanda elektronika sənayesi formalaşıb. Ölkəmiz İKT sahəsində günü-gündən inkişaf edir. Regionda bu sahədə də öndə olan Azərbaycan təkcə özünün deyil, dünya miqyasında bütöv bir regionun yükünü öz üzərinə götürüb. Bilirsiniz ki, Azərbaycan artıq İKT dəhlizi olmaqla yeni layihələrin iştirakçısıdır. Yəni, bir sıra beynəlxalq səviyyəli böyük İKT layihələri Azərbaycanın üzərindən keçir. Gələcək layihələr də nəzərdə tutulur ki, İKT dəhlizləri ölkəmizdən keçsin. Bu da ölkəmizin İKT sahəsində daha da inkişafına böyük təkan verəcək. Dövlət başçımız cənab İlham Əliyevin bu istiqamətdəki strateji baxışları öz bəhrəsini verir. İlk telekommunikasiya peykimizin orbitə çıxarılması bu faktı təsdiq edir. Mən hesab edirəm ki, hamıya - şagirdlərə, müəllimlərə, tələbələrə, ümumilikdə bütün insanlara hesablama texnikası və informatika elmi haqqında məlumat almaq çox vacibdir. İnanıram ki, az müddətə olsa belə təlimçimiz tərəfindən kifayət qədər İKT haqqında biliklərə yiyələndiz. Çalışaq bu məlumatlarımızı daha da artıraq, Azərbaycan Respublikası və o cümlədən Gəncə şəhərində bu sahəni daha da inkişaf etdirək".
"Baksel"in nümayəndəsi Rəşaiq Əliyev çıxışında vurğulayıb ki, İKT Azərbaycan Respublikasının inkişafında öndə duran amillərdən biridir. YAP Gəncə şəhər Təşkilatı gəncləri bu sahədə maarifləndirməklə, bu inkişafa təkan verir".
"Aura Park" Ticarət və Əyləncə Mərkəzinin idarə heyətinin nümayəndəsi Orxan Mehdiyev isə gənclərdə bu sahəyə maraq artırmağı qarşısına məqsəd qoyan YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinə dərin təşəkkürünü bildirib.
Təlimin sonunda gənclər sertifikatlarla mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB